Geri qaytarılma şərtləri
Alış o vaxt baş tutmuş sayılır ki, ALICI malın/xidmətin dəyərini kassa çeki və ya alqı-satqını təsdiq edən digər sənəd qarşılığında hər hansı formada (onlayn/nağd) ödəmiş olsun. “www.toko-moko.com” səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, fors-major hallardan başqa, ALICI günün, ayın, ilin instənilən vaxtı PORTALın xidmətlərindən istifadə edə bilər. PORTALın iradəsindən kənar səbəblərdən dolayı PORTALın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə SATICInın bu Razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən ALICIya zərər dəyərsə, bu halda SATICI hər hansı məsuliyyət daşımır.
Dəyişmə və qaytarılma yalnız sənədlərdə qeyd olunan şəxsin iştirakı ilə və yalnız TOKO-MOKO mağaza şəbəkələrində aparılır. Dəyişmə və qaytarılma kuryerlərin xidmətinə daxil deyil. Sifariş, qaytarma, dəyişmə, çatdırılma və ya digər problemlər ilə bağlı ALICI SATICIYA məxsus [email protected] elektron ünvanına şikayətlərini elektron qaydada təqdim edə bilər. Bu Razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində Tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.