GİZLİLİK SİYASƏTİMİZ HAQQINDA

Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.toko-moko.com saytı ilə (bundan sonra “Biz”, “Toko-Moko MMC” və ya “Veb-sayt”) Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.

Bu Sənəddə “Toko-Moko MMC” dedikdə, “Toko-Moko” əmtəə nişanının sahibi – “Toko-Moko MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur. Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.

Biz, sizin Veb-sayta daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə Veb-sayta daxil edilmiş məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi sizə aydın şəkildə izah edə bilməyimiz üçün bu Sənədi tərtib və təsdiq etmişik. Bu Sənədin hazırlanmasında əsas məqsəd, İstifadəçilərin Veb-saytdan güvənli şəkildə istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki, Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın “Konfidensiallıq Siyasəti” ilə tanış olmağınızı tövsiyə edirik.

TOPLANAN MƏLUMATLAR

Bizə hər hansı mail göndərdiyiniz zaman əlaqə məlumat hissəsində göstərilmiş tələb olunan digər məlumatlarla yanaşı tam adınız, telefon nömrəniz, elektron poçt ünvanınız və faktiki ünvanınızı əldə edə bilərik. Veb-saytdakı fəaliyyətiniz zamanı siz kredit/debit kartı və ya PayPal hesabınızdan istifadə edərək sifariş yerləşdirdikdə biz sizin əməliyyat məlumatlarınızı əldə edə bilirik(Qısa zamanda aktivləşdiriləcək). Eyni zamanda, İP ünvanınız, istifadə etdiyiniz əməliyyat sisteminiz və brauzer məlumatlarınızı da toplayırıq.

TOPLANAN MƏLUMATLAR İSTİFADƏSİ

Biz sizin məlumatlarınızı aşağıdakı məqsədlərlə istifadə edə bilərik:

Tələblərinizə cavab vermək məqsədilə xidmətlərimizi yaxşılaşdırmaq və təkmilləşdirmək üçün müştərilərimiz və onların tələbləri ilə daha yaxından tanış olmaq.
Sizi daha yaxşı müştəri dəstəyi ilə təmin etmək.
Sizinlə ünsiyyət qurmaq. Hesabınızla əlaqədar problemlərin aşkarı və aradan qaldırılması zamanı daşınma ilə bağlı sizi məlumatlandırmaq və ya yeni işlərimiz barədə məlumat əldə etməyinizə imkan yaratmaq

TƏHLÜKƏSİZLİK

Sizin haqqınızda toplanılan məlumatlar sadəcə daha yaxşı xidmət edə bilməyimiz üçündür və bundan əlavə olaraq hər hansı bir şirkətlə sizin haqqınızda olan məlumatlar verilmir.

ÜÇÜNCÜ TƏRƏFLƏR

Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq və ya Ödəniş Sistemi Təminatçısı kimi üçüncü tərəf xidmət təminatçıları və ya digər tranzaksiya prosessoru tərəfindən tələb olunmadığı halda biz sizin şəxsi məlumatlarınızı üçüncü tərəflərə ötürmürük.